E.Qasımov yarımfinalda
3 baxış
İdman xəbərləri
Yaponiyada cüdo üzrə dünya çempionatı davam edir. Paytaxt Tokioda reallaşan yarışda bu gün millimizin iki üzvü mübarizəyə qoşulub.
100 kq çəki dərəcəsində yer alan Elmar Qasımov 1/32 finalda belaruslu həmkarını qızıl xalla üstələyib. Qasımov ardınca Rusiyanı təmsil edən erməni əsilli Arman Adamyanla qarşılaşıb və 78 saniyəyə ipponla qalib gəlib. 1/8 finalda cüdoçumuz braziliyalı idmançıya da eyni aqibəti yaşadıb. Yarımfinala gedən yolda Qasımov hollandiyalı atleti ipponla məğlub edib. Finala vəsiqə uğrunda görüşdə Elmarın rəqibi portuqaliyalı Jorje Fonseka olacaq.
Eyni çəkidə qüvvəsini sınayan Zelim Kotsoyev isə braziliyalı cüdoçuya qalib gəlsə də, ardınca yaponiyalı həmkarına uduzub.
Xatırladaq ki, əvvəlki yarış günlərində 73 kq çəkidə Rüstəm Orucov gümüş, Hidayət Heydərov bürünc medal qazanıb.
90 kq-dakı Məmmədəli Mehdiyev isə 7-ci yerlə kifayətlənib.

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.