Dünya futbolunda ən erkən qol vuruldu - 6-cı saniyədə

  • 18.01.2020
  • 0

2018-ci ildən Birləşmiş Ərəb Əmirliklərinin "Əl Nəsr" klubunda çıxış edən İspaniya yığmasının keçmiş hücumçusu Alvaro Neqredo Asiya ölkəsində vurduğu qolla dünya futbolunun tarixinə düşüb.


35 yaşlı forvard kubok çərçivəsində keçirilmiş "Əl Nəsr" - "Əl Hilal" qarşılaşmasının 6-cı saniyəsində fərqlənib.


Komandasının 2:1 hesablı qələbəsinə elə startdaca töhvə verən ispan futbolçu tarixin ən tez qolunun müəllifi olub. Buna qədər heç bir rəsmi oyunda belə erkən qol vuran olmamışdı.