"Dinamo" azarkeşləri rəqib tərəfdarı bıçaqlayaraq öldürdü
386 baxış
İdman xəbərləri
Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi "Dinamo" (Zaqreb) və AEK komandaları arasında keçirilməli olan Çempionlar Liqasının III təsnifat mərhələsi matçı təxirə salınıb.
Offsideplus.az yerli mətbuata istinadən xəbər verir ki, buna "Dinamo" azarkeşlərinin Afina şəhərində AEK tərəfdarını bıçaqlayaraq öldürməsi səbəb olub. AEK baş verənlərə görə Xorvatiya klubu və yunan polisinin məsuliyyət daşıdığını açıqlayıb.
İki komandanın azarkeşləri arasında baş verən bu iğtişaşa görə oyun təxirə salınıb. Komandalar arasında hər iki oyun azarkeşsiz baş tutacaq.
Qeyd edək ki, yunan polisi 96 nəfəri həbs edib, 4 yunan və 4 xorvat azarkeş müxtəlif zədə səbəbindən xəstəxanaya aparılıb.
Xatırladaq ki, AEK - "Dinamo" matçı bu gün Bakı vaxtı ilə saat 22:45-də başlamalı idi.

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.