AZ
Video yüklə

Dibala əsgər salamı verdi, türk futbolçunu qucaqladı

364 baxış İdman xəbərləri
"Yuventus"un futbolçusu Paulo Dibala Çempionlar Liqasının qrup mərhələsində - "Atletiko" ilə matçda vurduğu qolu əsgər salamı ilə qeyd edib.



Argentinalı hücumçu 45+2-ci dəqiqədə görüşdə hesabı açdıqdan sonra əsgər salamı verərək ehtiyatda oturan komanda yoldaşı Merih Demiralın yanına gedib və onu qucaqlayıb.



Xatırladaq ki, Türkiyə millisinin futbolçuları Avro-2020-nin seçmə mərhələsindəki son oyunlarında vurduqları qolları əsgər salamı ilə qeyd ediblər. Bununla da onlar Türkiyə ordusunun Suriyadakı hərbi əməliyyatlarına dəstək nümayiş etdiriblər.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.