De Byazi bu görüntüyə görə Qara Qarayevi milliyə çağırmırmış

  • 23.11.2023
  • 0

Azərbaycan yığmasının keçmiş baş məşqçisi Canni De Byazi 2022-ci ildə Millətlər Liqasının qrup mərhələsində Slovakiya və Qazaxıstanla matçlara “Neftçi”nin futbolçusu Qara Qarayevi niyə dəvət etmədiyini açıqlayıb.

Offsideplus.az xəbər verir ki, “qafqazinfo”ya müsahibə verən italiyalı mütəxəssis təcrübəli oyunçu ilə arasında yaranan gərginliyə aydınlıq gətirib.

O bildirib ki, Qara Qarayev Bakıda Belarus üzərində qələbə qazandıqları matçda Ramil Şeydayev qol vurarkən sevinməyib. Hətta yarımmüdafiəçi digər futbolçuların sevincinə də mane olmaq istəyib.

De Byazi bununla bağlı həmin matçdakı görüntüləri də bizə təqdim edib. Məşqçi, həmçinin qeyd edib ki, Qara Qarayev yığmaya niyə dəvət almadığını özü də bilir.