Məlum olduğu kimi, futbol üzrə Azərbaycan Premyer Liqasında mövsümə yekun vurulub.
TEMPİNFO xəbər verir ki, görüşdən sonra "Qarabağ"a qızıl medallar və çempionluq kuboku təqdim olunub.
Təqdimat zamanı Ağdam təmsilçisinin futbolçusu Elvin Cəfərquliyev hərəkətləri ilə yenidən diqqət çəkməyi bacarıb.
Belə ki, o, qırmızı xalça ilə addımlayarkən obrazlı şəkildə teatral davranışı ilə özündən söz etdirib. Bununla Cəfərquliyev ciddi tənqid hədəfinə tuş gəlib.
Futbolçu sosial şəbəkə istifadəçiləri tərəfindən lovğalıqda ittiham olunub və baş məşqçi Qurban Qurbanovu da qınayıblar.