"Real Madrid"in futbolçusu Kərim Benzema "Çelsi"nin hücumçusu Olivye Jiru ilə müqayisə olunmasına münasibət bildirib.
Offsideplus.az, fransalı forvard şəxsi "Instagram" hesabında bununla bağlı sualı cavablandırarkən müqayisənin düzgün olmadığını da qeyd edib: "Mən "Formula 1" yarışıyam, Jiru isə kartinqdir. Onun isə öz karyerası var. İstədiyini edir, qollarını vurur. Jiru haqqında çox düşünmürəm. Hərə öz yolundadır".
Qeyd edək ki, Kərim Benzema 2009-cu ilin yayından "Real Madrid"də çıxış edir.