AZ
Video yüklə

"Bayer" səfərdə "Verder"i darmadağın etdi

99 baxış İdman xəbərləri
Futbol üzrə Almaniya Bundesliqasında XXVI turun son oyunu "Verder" və "Bayer" komandaları arasında keçirilib.
Bremendəki "Vezerştadion"da təşkil olunmuş qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 4:1. "Bayer"in qollarından ikisini Kay Haverts 28-ci və 33-cü dəqiqələrdə vurub. Həmçinin Mitçell Vayzer 61-ci, Kerem Demirbay 78-ci dəqiqə fərqlənib. "Verder"in yeganə qoluna isə 30-cu dəqiqədə Teodor Gebre Selassie imza atıb.
Bununla da xalını 50-yə çatdıran "Bayer" 5-ci pillədə möhkəmlənib. 18 xala və ehtiyatda bir oyuna malik "Verder" isə 17-cidir.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.