AZ
Video yüklə

Baş məşqçi həmkarına kəllə atdı - 5 aylıq cəza aldı

223 baxış İdman xəbərləri
İtaliyanın “Lukkeze” klubunun baş məşqçisi Cankarlo Favarin “Allesandriya” komandasının baş məşqçisinin köməkçisi Qaetano Mançinoya oyun zamanı kəllə vurub.



“Qafqazinfo” xəbər verir ki, rəqibin oturacağına yaxınlaşan Favarin onunla mübahisə etdikdən sonra başı ilə Mançinonun üzünə zərbə endirir.



Bu hərəkətinə görə baş məşqçi 5 ay komandanın oyunlarından kənarlaşdırılıb. Favarin qarşı tərəfin onu təhqir etdiyinə görə kəllə atdığını bildirib.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.