AZ
Video yüklə

Bakı finalına doğru

10 baxış İdman xəbərləri
Bu gün UEFA Avropa Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçiriləcək.



Almaniyanın Avrokuboklardakı yeganə təmsilçisi “Ayntraxt” İngiltərənin “Çelsi” komandasını qəbul edəcək. Qrup mərhələsində maksimum nəticə göstərən Frankfurt klubu yarımfinala qədər cəmi bir oyunda məğlub olub.



Adolf Hütterin rəhbərlik etdiyi kollektiv 1/4 finalda “Benfika”nı mübarizədən kənarlaşdırıb. “Çelsi” isə Avropa Liqasında keçirdiyi 12 oyunun heç birində uduzmayıb. Bir matçda heç-heçə edən “zadəganlar” 11 qarşılaşmadan qalib ayrılıblar. Mauritsio Sarrinin yetirmələri qrupdan çıxanda sonra İsveçin "Malmö", Ukraynanın “Dinamo” və Çexiyanın “Slaviya” kollektivlərinə yerini göstərib.



Gecənin digər oyunu Londonda baş tutacaq. Ötən mövsüm turnirin yarımfinalında İspaniyanın “Atletiko” klubuna uduzmuş “Arsenal” "Valensiya”nı qəbul edəcək. “Qarabağ”la birgə E qrupunda yer almış topçular yarımfinala qədər Belarusun BATE Fransanın “Renn” və İtaliyanın “Napoli” komandalarını üstələyib.



“Valensiya” isə öz növbəsində Şotlandiyanın “Seltik”, Rusiyanın “Krasnodar” və İspaniyanın “Vilyarreal” komandalarından güclü olub.



Qeyd edək ki, yarımfinal mərhələsinin cavab matçları mayın 9-da olacaq. Avropa Liqasının final oyunu mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.