Azərbaycanlı idman jurnalisti xorvat modellə rastlaşdı və...

  • 27.04.2023
  • 0

Xəbər verdiyimiz kimi, Qətərdə keçirilən futbol üzrə dünya çempionatında məşhurlaşan xorvatiyalı model İvana Knoll Formula 1 yarışları üçün paytaxtımıza təşrif buyuranlar sırasındadır.

 Offsideplus.az xəbər verir ki, bu gün İTV-nin aparıcısı, idman jurnalisti Fəridə Abdulla cazibədar modellə rastlaşıb. Fəridə, Knolla salamlaşaraq ondan Bakı haqda təəssüratlarını soruşub. Xorvatiyalı, paytaxtımız haqda xoş sözlər deyib. O, Bakıya heyran qaldığını söyləyib.

Fəridə Abdulla həmin anları kamerasının yaddaşına həkk edib.