Azərbaycan millisi Bakıda son məşqinə çıxdı
51 baxış
İdman xəbərləri
Futbol üzrə Azərbaycan millisi Malta və Latviya ilə yoldaşlıq oyunları öncəsi Bakıda son məşqinə çıxıb.
Bakı Olimpiya Stadionunda reallaşan hazırlıq prosesində yığmaya dəvət almış 25 futbolçudan 22-si iştirak edib. Almaniyanın “Ertsgebirge” klubunun yarımmüdafiəçisi Dmitri Nazarov və Portuqaliyanın “Tondela” kollektivinin üzvü Renat Dadaşov komandanın düşərgəsinə Maltada qoşulacaq. Türkiyə “Bursaspor”unun oyunçusu Namik Ələskərov isə zədədən əziyyət çəkdiyi üçün məşqlərə qatılmayıb. Onun yoldaşlıq görüşlərində iştirakı da sual altındadır. Paytaxtdakı son məşqi AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov və qurumun yeni baş katibi Sərxan Hacıyev də izləyib.
Məşqdən öncə Məmmədov Hacıyevi komandanın üzvlərinə təqdim edib. Həmçinin millimiz BOS-dakı hazırlığa yeni məşqçi ilə çıxıb. Seçməmizin sabiq qapıçısı Kamran Ağayev baş məşqçi Canni De Byazinin köməkçisi təyin olunub. O, kollektivdə qapıçılar üzrə məşqçi funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, Azərbaycan millisi martın 25-də Malta, 29-da isə Latviya ilə qarşılaşacaq. Hər iki görüş Maltada təşkil olunacaq.

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.