Azərbaycan idmanı: Mötəbər tədbirlərdən çoxsaylı medallaradək
11 baxış
İdman xəbərləri
Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin yenidən dövlət başçısı seçilməsindən ötən bir il müddətində Azərbaycanın dünya idmanındakı nüfuzu daha da artıb.
“Report” xəbər verir ki, 2018-ci ilin aprelindən bəri ölkədə bir sıra mötəbər beynəlxalq yarış və tədbirlər keçirilib. Odlar Yurdunu təmsil edən idmançılar dünya arenalarında müxtəlif növlərdə fəxri kürsüyə yüksəlməyi bacarıblar.
Azərbaycan hesabat dövründə “Formula 1” üzrə Azərbaycan Qran Prisi, cüdo üzrə dünya çempionatı, şahmat üzrə “Shamkir Chess-2018” beynəlxalq superturniri, velosiped idmanının BMX növü üzrə dünya çempionatı, batut, tamblinq və mini-batut gimnastikası üzrə Avropa çempionatı, akrobatika üzrə Dünya Kuboku və digər nüfuzlu beynəlxalq yarışlara yüksək səviyyədə ev sahibliyi edib. Həmçinin Bakıda keçiriləcək UEFA Avropa Liqasının final oyunu ilə əlaqədar “Bakı 2019: Ulduzlar finalı” adlı qarşılaşma təşkil olunub.

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.