AZ
Video yüklə

Azərbaycan himnini fitə basdılar

223 baxış İdman xəbərləri
Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan millisi UEFA Millətlər Liqası çərçivəsində qrup mərhələsinin sonuncu oyununu keçirir.
Oxu.Az-ın məlumatına görə, D liqasının üçüncü qrupunda yer alan Qurban Qurbanovun yetirmələri səfərdə Kosovo millisinin qonağıdır.
Oyundan əvvəl ənənəvi olaraq hər iki ölkənin himni səsləndirilib.

Priştinadakı “Fadil Vokrri” stadionunda toplaşan Kosovo azarkeşləri Azərbaycan himnini fitə basıblar.
Xatırladaq ki, Azərbaycan Kosovonu müstəqil dövlət kimi tanımır.
Qeyd edək ki, ilk hissədən sonra Kosovo millisinin minimal üstünlüyü var. Yeganə qolu matçın ikinci dəqiqəsində Arber Zeneli vurub.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.