"Hələlik titul sponsorumuz yoxdur. Jurnalistlər futbolu mətbuatda elə günə salıblar ki, kimsə yaxın gəlməyə qorxur. Çalışaq, futbolumuzu təbliğ edək”. Bu sözləri Peşəkar Futbol Liqasının rəhbəri Ramin Musayev Premyer Liqanın sponsoru məsələsi ilə bağlı danışarkən deyib. Qrum rəhbərinin media mənsublarına atmacasına ARB TV-dən reaksiya gəlib. Kanalın idman jurnalisti Azər İsmayıl xəbəri təqdim etdikdən sonra Ramin Musayevə ironik cavab verib.