AZ
Video yüklə

AÇ-da uğur qazanan gənc güləşçimizlə görüş

88 baxış İdman xəbərləri
Fərid Baxışlı yeniyetmələr arasında Avropa Çempionatında uğurla çıxış edib
Gənc güləşçi Fərid Baxışlı Bolqarıstanın Samakov şəhərində keçirilən yeniyetmələr arasında Avropa Çempionatında uğurla çıxış edib.

Bakı Şəhər Gənclər və İdman Baş idarəsində çempion ilə görüş keçirildi. Görüşdə Baş idarənin rəisi Raqif Abbasov, rəis müavini Rəşad Əliyev, Kütləvi- Bədən Tərbiyəsi sektorunun müdiri Samir Salehov iştirak etdilər.

Ermənistanlı rəqibi məğlub edən Fərid Baxışlı gələcəkdə də bu qələbələrini təkrarlayacağına söz verdi.

Bakı Şəhər Gənclər və İdman Baş idarəsinin rəisi Raqif Abbasov yarışda qazandığı Fərid Baxışlının əldə etdiyi bu uğuru yüksək qiymətləndirdi.

Qeyd edək ki, Respublika birincilərinin mükafatçısı və Respublika çempionu Fərid Baxışlı debütdə estoniyalı güləşçiyə tam üstünlüklə qalib gəlib. Yeniyetmə çempion Almaniya təmsilçisinə də eyni aqibəti yaşadıb.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.