AZ
Video yüklə

41 yaşlı hücumçudan Messisayağı zərbə

789 baxış İdman xəbərləri
41 yaşlı Syunsuk Nakamura Yaponiyann "İokoqama" klubu ilə müqavilə imzalayıb.
Offsideplus.az xəbər verir ki, yapon forvard 24 illik karyerası ərzində Avropada bir neçə klubun şərəfini qoruyub: "Recina" (İtaliya, 2002-2005), "Seltik" (2005-2009) və "Espanyol" (İspaniya) (2009-2010).
Syunsuk "İokoqama"da ikinci ən yaşlı oyunçudur.
Birinci 52 yaşlı Miura Kadzuesidir. O fevralda 52 yaşını qeyd edib. Növbəti mösüm Miuranun peşəkar futbolçu kimi karyerasının 34-cü mövsümü olacaq. Kadzuesi yeganə futbolçudur ki, 1993-cü ildən "Cey-Liqa"da oynayır.
İndi "İokoqama"nın hücum duetinin birlikdə 93 yaşı var.
Əminliklə demək olar ki, klub sadəcə təcrübəli yox, həm də cərimə zərbələrini dəqiqliklə yetirən 2 hücumçuya sahibdir.
Nakamuru Messinin də bir vaxtlar iştirak etdiyi şouda iştirak edib. Nəhəng ronotun qoruduğu qapıdan o da eynilə Messi kimi top keçirə bilib.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.