212 kiloqramlıq idmançı 22 saniyəyə qələbə qazanıb

  • 29.10.2019
  • 0

212 kq çəkiyə malik rusiyalı idmançı Denis Vildanov MMA-da debüt edib.

Əvvəllər pauerliftinq və reqbi ilə məşğul olan 31 yaşlı döyüşçü özündən 66 kq yüngül olan Arnold Veliçko ilə qarşılaşıb.

Ağırçəkili idmançıların hər ikisi üçün debüt xarakteri daşıyan döyüş cəmi 22 saniyə çəkib. 212 kiloqramlıq nəhəng rəqibini yumruqlayaraq, nokautla qələbə qazanıb.

Nə düşünürsən?