AZ
Video yüklə

19 yaşlı Messinin "El-Klassiko"ya adını het-triklə yazdırdığı an

104 baxış İdman xəbərləri
Klassik qollar, futbolçular və əlamətdar anlarla seçilən La Liqada bu günün tarixinə boylandıq.


Offsideplus.az rəsmi tərəfdaşı La Liqa-ya istinadən 10 mart tarixində nələr baş verib təqdim edir:

10 mart, 2007-ci il. Lionel Messinin "El Klassiko"da parladığı gün.

2007-ci ilin 10 martında "Kamp Nou"da baş tutan derbi matçı "Real"ın 2:3 hesablı qələbəsi ilə başa çatacaqmış kimi görünürdü. Lakin 19 yaşlı Lionel Messi "Kral klubu"nun qələbə arzusunu boğazında qoydu. Belə ki, 90-cı dəqiqədə bərabərlik qolunu vuran argentinalı hücumçu het-trikə imza atdı.

"El-Klassiko"dakı son "het-trik"in üstündən 15 il keçməsindən əlavə, Messi derbidə 3 qol vuran ən gənc futbolçu kimi adını tarixə yazdırdı.

Bundan əlavə, həmin gecə göstərdiyi performans ilə hələ "19" nömrə altında çıxış edən Leo "Barselona"nın hücum xəttini öz çiyinləri üzərində daşımağa hazır olduğunu sübut etdi...

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.