Azərbaycanlı Ardadan Türkiyədə möhtəşəm qol

  • 23.05.2024
  • 0

“Qarabağ”ın U-14 komandasının futbolçusu Arda Əzizli baxımlı qola imza atıb.

TEMPİNFO xəbər verir ki, yeniyetmə futbolçu Türkiyənin Antalya şəhərində keçirilən “Junior World Cup” turnirində fərqlənib. Arda “Özerspor”la qarşılaşmanın son anlarında – əsas vaxta əlavə edilmiş 2-ci dəqiqədə uzaq məsafədən möhtəşəm qol vurub.

Əzizli eyni zamana sözügedən görüşdə “Qarabağ”a qələbə qazandırıb. Nəticədə onun komandası nüfuzlu turniri 5-ci sırada başa vurub.