Traktor sürücünün üstünə aşıb

  • 05.05.2021
  • 0

Sabirabad sakininin üstünə traktor aşıb.

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə Sabirabad rayonunun Qaraqaşlı kəndində baş verib. 

Rayonun Qaraqaşlı kənd sakini, 1989-cu il təvəllüdlü Arif Səmədov traktoru idarə edərkən onu aşırıb. Bu zaman traktordan tullanmaq istəyərkən traktor onun üstünə aşıb. 31 yaşlı traktorçu müxtəlif dərəcəli xəsarətlərlə Şirvan şəhər Mərkəzi xəstəxanasına yerləşdirilib.  

Faktla bağlı araşdırma aparılır. 

Nə düşünürsən?