Saxta "əlil" döyüldü

  • 02.06.2021
  • 0

Özünü əlil kimi təqdim edən M.Hacıyev əlillərin qəzəbinə tuş gəlib

Saxtakarlıq və saxtalıq orijinalın yanında yalnız bənzərliyi ilə öyünə bilər. Amma bu da saxtakarlığın hər növünə aid deyil.

Müqəddəs anlayışların saxtalaşdırılması cəhdi isə ümumiyyətlə qəbulolunmazdır. Məsələn əlillik kimi. Bu, 44 günlük zəfər savaşının qalibiyyət ab-havasını saxta əlillik iddiası ilə zəhərləyən Məhəmmədəli Hacıyevin döyülməsi kadrlarıdır. Heç kim döyülərək islah edilməməlidir və tərbiyənin bu üsulu məqbul sayılmır.

Amma əzasını vətən uğrunda torpağa vermiş qəhrəmanların qoltuq ağacları bu haqsızlığı götürmür. Müharibə əlilləri özünü yandırmaqla, özünü yandıran saxta əlilə torpağın, vətənin, səngərin yerini göstərir. Şəhidlərin ahına və şahidlərin haqqına girmək, silahı özümüzə tərəf çevirməkdir.

Məhəmmədəli Hacıyev kimi psevdoqəhrəmanların ifşası vətən sevgisinin etirafıdır. Müharibə əlilləri səngərdə düşmənlə qabaq-qənşər ona görə dayanmayıblar ki, Hacıyev kimi fürsətçilər piştaxtasının mühafizəsi üçün özünü yandırsın. Axı bu vətən saxta Məhəmmədəlinin taxta piştaxtasından ibarət deyil. Axı əsl əlillərin taxta qoltuq ağacları, taxta piştaxtadan daha dəyərlidir. Məhəmmədəli Hacıyev özünü yandırdı. Saxta əlilin bu ritualı fiziki mənada baş tutmasa da mənəvi özünüyandırma ilə nəticələndi və əsl müharibə əlilləri ona od qoydu. İndi gördünüz ki, yalançının yanan yeri heç də həmişə evi olmur.

Məhəmmədəli Hacıyevin əl atdığı əlimyandı əlilliyi bütün çılpaqlığı ilə göründü. İndi isə Məhəmmədəli Hacıyevin tarixcəsinə nəzər salaq. Rusiyada, şəxsi zəmində baş vermiş hadisə zamanı güllələnən Məhəmmədəli hələ 2019-cu ildə qarabağ əlili Əlişir Musayevin obyektinə hücum çəkmişdi. Göründüyü kimi “Mamed” ləqəbli saxtakarın bu odla ilk oyunu deyil. Torpağı qorumayan, havanı zəhərləyən, suyu bulandıran və oddan məqsədi üçün istifadə edən saxta əlilin bu 4 ünsürə hörmətsizliyi bəlkə də elə vətənə xəyanətin tərifidir.

REAL

Nə düşünürsən?