Qarabağda daha bir erməni hərbçinin cəsədi tapıldı

  • 01.05.2021
  • 0

İkinci Qarabağ müharibəsi zamanı ölmüş daha bir erməni hərbçinin meyitinin qalıqları tapılıb.

Unikal.org erməni KİV-lərinə istinadən xəbər verir ki, Azərbaycan ərazisində aşkar edilmiş cəsəd Ermənistan tərəfinə təhvil verilib.

Onun şəxsiyyətini müəyyənləşdirmək üçün məhkəmə-tibb ekspertizası təyin ediləcək.

Xatırladaq ki, ikinci Qarabağ müharibəsindən sonrakı dövr ərzində - 13 noyabrdan bəri 1552 erməni hərbçinin cəsədi və ya cəsədinin qalıqları tapılıb.

 

Nə düşünürsən?