Özünü heykəldən asan gənc Psixiatrik Xəstəxanada qeydiyyatda imiş

  • 18.05.2021
  • 0

Bakıda parkdakı Nikola Tesla heykəlindən özünü asan 27 yaşlı Mirəziz Əlizadənin intihar səbəbi bəlli olub. 

“Qafqazinfo”nun məlumatına görə, Xəzər TV-nin bu barədə hazırladığı reportajda bildirilir ki, Nərimanov rayon İcra Hakimiyyətindən verilən məlumata görə, intihar edən şəxs 2 saylı Psixiatrik Kliniki Xəstəxanasında qeydiyyatda olub. Vətəndaşın narkoloji problemlərinin olduğu da deyilir. 

Xırdalan şəhərində qeydiyyatda olan M. Əlizadə bir müddət Nərimanov rayonunda kirayədə yaşayıb. İntihardan saat 11:00 radələrində bağa gələn sakinlər xəbər tutublar. Daha sonra təcili tibbi yardıma və polis bölməsinə xəbər verilib. Sakinlərin sözlərinə görə, intihar hadisəsi səhər tezdən baş verib. 

Qeyd edək ki, Baş Prokurorluq əməkdaşları tərəfindən məhkəmə tibbi ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirildiyini, habelə məhkəmə tibbi ekspertizasının təyin olunduğunu açıqlamışdı. Hazırda Nəsimi rayon prokurorluğunda faktla bağlı araşdırma aparılır.

Nə düşünürsən?