Göyçayda 31 yaşlı şəxs bıçaqlanıb

  • 18.02.2021
  • 0

Göyçay rayonunda bıçaqlanma hadisəsi baş verib. 

APA TV-nin yerli bürosunun xəbərinə görə, rayonun Yalman kənd sakini, 1989-cu il təvəllüdlü Polad Salehov naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilsə də çoxlu qan itirdiyindən tibb müəssisəsində dünyasını dəyişib. 

Hadisəni törədən şəxsin tapılması üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir. 

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Nə düşünürsən?