"Əli və Nino" kitab mağazasından işçilərinin belə soyublar

  • 16.02.2021
  • 0

"Əli və Nino" kitab mağazasından oğurluq olub.

Mia.az xəbər verir ki, bunu mağazalar şəbəkəsinin rəhbəri Nigar Köçərli bildirib.

Onun sözlərinə görə, hadisə fevralın 15-də axşam saat 21:12-də Zeynalabdin Tağıyev küçəsi 19 ünvanında (Fəvvarələr meydanı) yerləşən filialında baş verib: "Oğrular 3 nəfər olub, onlardan biri satıcıların başını qatıb, digər iki nəfər arxa otağa keçərək işçilərin çiblərini soyub, dükanın mobil telefonunu və əllərinə keçən nə varsa, götürüblər. Bu barədə artıq 102 nömrə ilə polisə məlumat vermişik".

N.Köçərili oğurluq hadisəsinin videogörüntülərini də paylaşıb: "Dostlar, əgər bu videodakı şəxslər sizə tanış gəlirsə yaxud onları bugün görən olubsa, xahiş edirik bizə kömək edin, polisə məlumat verin. Təəssüf edirik ki, bu ağır günlərdə Bakının ən mərkəzində oğruların hücumuna məruz qaldıq".

Nə düşünürsən?