Cəbhədəki atışmada erməni əsgəri öldürüldü - Ermənistan KİV

  • 25.05.2021
  • 0

Ermənistanla Azərbaycan sərhədindəki atışmada bir erməni əsgər, kiçik çavuş V.Xurşudyan (1989-cu il təvəllüdlü) ölüb.

Azerforum.com xəbər verir ki, bu haqda məlumatı “news.am” saytı Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən yayıb. 

Əldə edilən informasiyaya görə, insident bu gün günorta, saat 14:20 radələrində Göyçə mahalının Yuxarı Şorca kəndinin yaxınlığında baş verib.

Mənbə əlavə edib ki, vəziyyət hazırda stabildir.

Nə düşünürsən?