Bazarda dəhşətli anlar: Maşın adamların üstünə çıxdı

  • 23.06.2021
  • 0

Göyçay rayonunda bazarda qəza baş verib, xəsarət alanlar var.

Oxu24.com -un  xəbərinə görə, hadisə Göyçay şəhərindəki "Təzə Bazar"da qeydə alınıb. 

"VAZ-21099" markalı minik avtomobili bazarın içərisində hərəkət edərkən qəflətən idarəetmənin itməsi səbəbindən maşın piştaxtaların üstünə çıxıb, satıcı və alıcılar yüngül xəsarət alıb.

Məlumata görə, hadisə zamanı xəsarət alan 1974-cü il təvəllüdlü Səbirə Qocayeva və digər qadın Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb. 

Hadisə vaxtı bazarda qorxu və həyəcan keçirən insanlara həkimlər tərəfindən tibbi yardım göstərilib. 

Araşdırma zamanı məlum olub ki, sürücü hadisəni qəsdən törətməyib. Avtomobili idarə edərkən onun ayağında çəkələk olub. Sürücünün ayağından çıxan çəkələk avtomobilin qaz əyləcinə keçib, nəticədə avtomobilin sürəti qəflətən artdığı üçün hadisə baş verib.

Faktla bağlı araşdırma aparılır. (Apa)

Nə düşünürsən?