Bayram günü Qazaxda dəhşətli hadisə

  • 20.03.2021
  • 0

Qazaxda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

KONKRET.az apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Çaylı kəndində qeydə alınıb.

Hərəkətdə olan iki minik maşını toqquşub. Nəticədə 2 nəfər ölüb, 1 nəfər ağır yaralanıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Qeyd edək ki, qəzada yaralanan və həyatını itirənlərdən birinin şəxsiyyəti müəyyənləşib. Qəzada 26 yaşlı Qasımov Cövdət Fikirət oğlu yaralanıb, 26 yaşlı Xəlilov Elvin Ziyarət oğlu ölüb. Qəzada həyatını itirənlərdən digərinin şəxsiyyəti müəyyənləşdirilir.

Nə düşünürsən?