Bakıda qadın özünü binadan atmaq istədi və...

  • 22.02.2021
  • 0

Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev metrostansiyası yaxınlığında gənc qadın intihara cəhd edib.

Oxu24.com  xəbər verir ki, bu barədə hadisə şahidləri məlumat veriblər.

Bildirilir ki, yaşı təxminən 35 olan Aynurə adlı qadın Əli Vəliyev 7 ünvanında yerləşən 9 mərtəbəli binanın damına çıxaraq özünü atmaq istəyib.

Əraziyə Nizami rayonu Polis İdarəsinin 25-ci polis bölməsinin əməkdaşları cəlb olunub. Qadın polis əməkdaşlarının səyi nəticəsində fikrindən daşındırılıb və xilas edilib.

Faktla bağlı araşdırma aparılır. //Baku.ws

Nə düşünürsən?