Bakıda gecə saatlarında dəhşət

  • 20.04.2021
  • 0

Bakıda yol qəzası baş verib.

"Report"un məlumatına görə, hadisə Nizami rayonunda qeydə alınıb.

Babək prospektində 10-XL-410 dövlət nömrə nişanlı "Hyundai" markalı avtomobilin sürücüsü İsrafil Əliyev idarəetməni itirib. Nəticədə avtomobil işıq dirəyinə çırpılıb.

Hadisə zamanı xəsarət almasa da, avtomobilə ciddi ziyan dəyib. Qəza yerinə DYP əməkdaşları və təxliyə maşını gəlib.

Faktla bağlı araşdırma aparılır.

Nə düşünürsən?