Bakıda 10 manata görə 21 yaşlı gənci öldürdü

  • 23.02.2021
  • 286 baxış
  • 0

Bakıda 10 manata görə mübahisə etdiyi gənci öldürən şəxsə hökm oxunub.

BAKU.WS BAKU.TV-yə istinadən xəbər verir ki, 2018-ci il iyulun 19-u saat 15 radələrində Nəsimi rayonu, A.Mustafayev küçəsi, 21 ünvanında yerləşən metal qəbulu məntəqəsinin qarşısında oranın işçisi, Laçın rayon sakini Qafar Hüseynov (1997-ci il təv.) ürəyindən aldığı bıçaq zərbəsi nəticəsində dünyasını dəyişib.

Hadisədən 2 saat sonra cinayəti törədən şəxs polis əməkdaşları tərəfindən Rəsulzadə qəsəbəsində saxlanılıb.

Fakta görə rayon prokurorluğunda CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, iş üzrə məhkəmə-tibbi ekspertizası təyin olunub.

Nə düşünürsən?