Badamdarda yenə sürüşmə oldu

  • 08.03.2021
  • 0

ETSN: Bu, dayanıqlığı pozulmuş süxur kütləsinin yerdəyişməsidir
Bakının Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində yenidən sürüşmə hadisəsi baş verib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli geoloji Kəşfiyat Xidmətinin qrup rəhbəri Rafiq Həsənov bildirib ki, sürüşmə sahəsinə baxış keçirirlib.

"Baxış zamanı məlum olub ki, Yanvarın 28-də ərazidə baş verən sürüşmə nəticəsində axıb gəlmiş sürüşmə kütləsinin təbii amillərdən, əsasən də, son zamanlar atmofser yağıntıllarının təsirindən yerinin dəyişməsi qeydə alınıb. Quruntun yerdəyişməsi sürüşmə prosesinin aktivləşməsi kimi qiymətləndirilməməlidir. Bu sadəcə olaraq dayanıqlığı pozulmuş suxur kütləsinin yerdəyişməsi kimi qiymətləndirilir", - o qeyd edib.

Nə düşünürsən?