Azərbaycanda sutkalıq yoluxma sayı 3 mini keçdi

  • 20.11.2020
  • 0

Bu gün Azərbaycanda koronavirus infeksiyasına 3 169 yeni yoluxma faktı qeydə alınıb, 1 404 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan “Report”a verilən məlumata görə, son sutkada COVID-19-dan 26 nəfər dünyasını dəyişib. İndiyədək ölkədə ümumilikdə 87 163 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 60 869 nəfər müalicə olunaraq sağalıb, 1 029 nəfər vəfat edib, aktiv xəstələrin sayı 25 215 nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 618, ötən müddət ərzində isə ümumilikdə 1 576 060 test aparılıb.

Nə düşünürsən?