Azərbaycanda daha bir intihar hadisəsi baş verdi

  • 08.04.2021
  • 0

Gəncədə 54 yaşlı şəxs özünü beşmərtəbəli binanın dam örtüyündən ataraq intihar edib.

Hadisə F.Əmirov küçəsində baş verib.

Şəhər sakini 1967-ci il təvəllüdlü Razim Qurbanov aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib.

Əraziyə Gəncə şəhər Baş Polis İdarəsi və prokurorluq əməkdaşları cəlb olunublar. Hələlik mərhumun hansı səbəbdən intihar etdiyi məlum deyil.(BAKU.WS)

Nə düşünürsən?