Azərbaycanda 32 yaşlı qadın itkin düşüb

  • 31.01.2021
  • 0

Saatlıda qadın itkin düşüb. Baku Tv-nin məlumatına görə, 32 yaşlı Mirzəyeva Afət Xanlar qızı yanvarın 27-də naməlum şəraitdə itkin düşüb. Onun yaşadığı Saatlı rayonunun Mustafabəyli kəndi ərazisindəki su kanalında batmasına əsaslı şübhələr var. FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Nə düşünürsən?