Azərbaycanda 3-cü sinif şagirdini maşın vurdu

  • 04.06.2021
  • 0

Zaqatalada 3-cü sinif şagirdini avtomobil vurub.

APA TV-nin məlumatına görə, hadisə Aşağı Tala 1 saylı tam orta məktəbin qarşısında baş verib. 

2011-ci il təvəllüdlü Cuma Şabanov Zaqatala-Aşağı Tala marşrutu üzrə işləyən mikroavtobusdan düşüb məktəbə gedərkən Zaqatala sakini Kamran Ramazanovun idarə etdiyi “VAZ-21074” markalı minik avtomobili tərəfindən vurulub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan 3-cü sinif şagirdi rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib. Uşağın vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.