Ziya Bünyadov prospektində iki motosikletçi qəza törədib

  • 15.09.2024
  • 0

Bu gün saat təxminən 12:15 radələrində Ziya Bünyadov prospektində ağır yol-nəqliyyat hadisə baş verib. Hadisə şahidlərinin Patrul.az-a verdikləri məlumata əsasən, iki nəfər motosikletçi Z.Bünyadov prospektində hərəkətdə olduqları zaman prospektdə yerləşən tüneldən keçərkən hər ikisi idarəetməni itirib və ayrı-ayrı avtomobillərlə toqquşublar. Toqquşma nəticəsində hər iki motosikletin sürücüsü ağır bədən xəsarətləri alıb. Nəzərinizə çatdıraq ki, motosiklet sürücülərindən biri xanım olub. Əraziyə cəlb edilən Polis əməkdaşlarının və hadisə şahidlərinin səyi nəticəsində hər iki sürücü xəstəxanaya yerləşdirilib. Hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

Nə düşünürsən?