AZ
Video yüklə
Zərurət yoxdursa, evdən çıxmayın! - Təkrar müraciət

Bu video hazırda oynadıla bilmir.

Zərurət yoxdursa, evdən çıxmayın! - Təkrar müraciət

384 baxış Hadisə və olaylar
Ölkə ərazisində müşahidə edilən qeyri-sabit hava şəraiti ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin əhaliyə təkrar müraciət edib.

Bax tv xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, əvvəlcədən xəbərdar edildiyi kimi, ötən gündən başlayaraq ölkə ərazisində güclü yağış və küləklə müşayiət olunan qeyri-sabit hava şəraiti hökm sürür:

“Təbii hadisənin yaratdığı fəsadların aradan qaldırılması ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi aidiyyəti dövlət qurumları ilə əlaqəli şəkildə operativ tədbirlər görür, əhalinin həyat və təhlükəsizliyinin təmin edilməsi istiqamətində müvafiq addımlar atır.

Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək hazırda müşahidə olunan və aprelin 17-nə qədər davam etməsi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar müvafiq təhlükəsizlik qaydalarına və aidiyyəti qurumların xəbərdarlıqlarına ciddi əməl etməyə, o cümlədən zərurət olmadığı halda yaşayış yerini tərk etməməyə çağırır”.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.