AZ
Video yüklə

Zəngilandan acı xəbər: Yaralımız var

759 baxış Hadisə və olaylar
Dünən Zəngilanda mina partlayışı olub.

Oxu24.com -un məlumatına görə, Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı günorta saat 15 darələrində rayonda minaya düşüb.

Partlayış nəticəsində agentliyin əməkdaşı, 1972-ci il təvəllüdlü Babayev Vaqif Əlizad oğlu müxtəlif xəsarətlər alıb.

Yaralı helikopterlə Bakıdakı xəstəxanalardan birinə çatdırılıb. Onun vəziyyəti ağır qiymətləndirilir.

Qeyd edək ki, V.Babayev uzun illər ANAMA-da çalışıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.