Artıq Cənubi Koreya yollarında qış aylarının sərt üzü görünməyə başlayıb.
Qış aylarının gəlməsi Koreya yollarında sürücülərə çətin anlar yaşadıb. Cənubi Koreya vilayətlərinin birində səhər şehinin şaxtalı hava səbəbindən yolda incə buz təbəqəsi yaratması sürücülərin ani çaşqınlığına və idarə etməni itirmələrinə səbəb olub. Təqdim etdiyimiz videodan da göründüyü kimi yolda sürüşən və bir-birinə çırpılan maşınlar izləyənlərə bouling daşlarını xatırladıb. Gələn maşınları xəbərdar etməyə çalışan bir sürücü özünü anidən baş verən hadisələrin arasında tapıb və maşınların sürüşərək üzərinə gəlməsi ilə nə qədər maraqlı görünsə də həyatı təhlükə qarşısında qalıb. Xarici KİV-dən əldə etdiyimiz məlumata görə hadisə zamanı avtomagistralda 20 maşın zərər görüb və 4 sürücü isə xəsarət alıb. Videonun baş qəhramanına çevrilən sürücü isə özünü maşınlardan qorumağı bacarıb və onun bu adrenalinli qısa hekayəsi zərərsiz bitib.