AZ
Video yüklə
Yıxılan gənc 6 gün sonra öldü

Bu video hazırda oynadıla bilmir.

Yıxılan gənc 6 gün sonra öldü

404 baxış Hadisə və olaylar
6 gün əvvəl qoşqudan yıxılan Bərdə sakini xəstəxanada ölüb.

Bax tv xəbərinə görə, hadisə Bərdə rayon Yeni Daşkənd kəndində baş verib.

Kənd sakini 2000-ci il təvəllüdlü Əlizadə Kənan Asif oğlu ot gətirməyə gedərkən traktorun qoşqusundan yıxılıb. Baş nahiyəsindən ağır xəsarət alan K.Əlizadə Bərdə Diaqnostika Mərkəzinə çatdırılıb.

Həkimlərin apardığı təxirəsalınmaz tədbirlər nəticəsiz qalıb və o, xəstəxanada həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.