AZ
Video yüklə
Ürəkdağlayan görüntü: Maşın azyaşlını vurub havada uçurdu
18+

Bu video 18 yaşdan yuxarı izləyicilər üçündür.

Ana səhifəyə qayıt

18+ Ürəkdağlayan görüntü: Maşın azyaşlını vurub havada uçurdu

335 baxış Hadisə və olaylar
Cəlilabad rayonunda azyaşlı piyadanın avtomobillə vurulma hadisəsi ilə bağlı videogörüntü yayılıb.

“Report”un xəbərinə görə, hadisə bir neçə gün əvvəl rayonun Məhəmməd Hadi küçəsində qeydə alınıb.

Belə ki, yüksək sürətlə hərəkətdə olan minik avtomobili yolu keçmək istəyən, 2011-ci il təvəllüdlü Əsədov Əbülfəz Faiq oğlunu vurub.

Azyaşlı zərbənin təsirindən qarşıda park edilən digər avtomobilin altına düşüb. Ətrafdakı insanların köməyi ilə yaralı maşının altından çıxarılıb və xəstəxanaya aparılıb.

Hazırda Ə.Əsədovun müalicəsi davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.