Ukraynada 9 mərtəbəli binada partlayışda 3 nəfər öldü
49 baxış
Hadisə və olaylar
Kiyevdə 9 mərtəbəli binada baş verən partlayış nəticəsində 3 nəfər həyatını itirib. “Qafqazinfo” Ukrayna mətbuatına istinadən xəbər verir ki, ilkin məlumata görə, binanın 4 və 7-ci mərtəbələri arasında baş verən partlayışa qaz sızması səbəb olub. Hadisə yerinə gələn Kiyev şəhərinin meri Vitali Kliçko daha 3 nəfərin dağıntılar altında qaldığını, xilasetmə işlərinin davam etdiyini bildirib. O qeyd edib ki, bina sakinləri müvəqqəti olaraq məktəb yataqxanasına yerləşdiriləcək.
Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.