Ukrayna Tula şəhərinə hücum edib
184 baxış
Hadisə və olaylar
Rusiyanın Tula şəhərində Xvorostuxina küçəsində hündürmərtəbəli binaya hücumun yeni görüntüləri yayılıb.
Oxu24.com xəbər verir ki,bu barədə Baza Telegram kanalı görüntü yayıb.
Binanın 3 sakininin şüşə qırıqları nəticəsində xəsarət aldığı bildirilir.
Bundan əvvəl Tula şəhərində çoxmərtəbəli yaşayış binasının üzərinə düşən pilotsuz uçuş aparatının (PUA) partlama anını Shot Telegram kanalı yayıb.
Yayılan videoda ərazidə güclü partlayış səsi eşidilir. Elə növbəti an, vurulan pilotsuz təyyarənin parçaları binalardan birinin üzərinə düşməyə başlayır, evin yanında dayanmış avtomobillərin siqnalları işə düşür.
Materialda qeyd olunur ki, hazırda pilotsuz təyyarənin qəzaya uğradığı yerdə əməliyyat və fövqəladə hallar xidmətinin əməkdaşları işləyir. Onlar hadisənin nəticələrini aradan qaldırırlar.
Noyabrın 26-da Moskva meri Sergey Sobyanin Ramenskoye səmasında pilotsuz təyyarənin vurulması barədə məlumat verib.
Bundan əvvəl Zelenskinin ofisi Rusiyanı partlayışlara görə qisas alacağı ilə hədələyib.
Müəlif: Miri Məcidli

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.