Türkiyədə bu gün koronavirusdan 22 nəfər öldü
24 baxış
Hadisə və olaylar
Türkiyədə yeni növ koronavirusdan (COVID-19) bu gün daha 22 nəfər ölüb. APA TV-nin yerli bürosunun xəbərinə görə, bunu Səhiyyə naziri Fəxrəddin Qoca "Twitter" səhifəsində paylaşıb. Nazir qeyd edib ki, son 24 saatda 41112 şübhəli koronavirus testindən keçib, onlardan 1248-nin cavabı pozitiv çıxıb. Bu gün 1312 xəstə sağalıb. Türkiyədə yeni növ koronavirusdan indiyədək 4927 nəfər ölüb, 186493 nəfər bu infeksiyaya yoluxub, 158828 nəfər isə müalicə olunub.
Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.