AZ
Video yüklə

Türkiyə mətbuatı azərbaycanlı qadının bu biabırçılığını paylaşdı

17 baxış Hadisə və olaylar
İstanbulun Arnavutköy Rayon Polis Şöbəsinə 4 oktyabrda naməlum qadının mobil telefon mağazasından iki ədəd telefon oğurladığı barədə məlumat daxil olub.

Oxu24.com un “Türkiye gazetesi”nə istinadən verdiyi xəbərə görə, bundan sonra hüquq-mühafizə orqanlarının əməkdaşları hərəkətə keçərək təhlükəsizlik kamera görüntüləri əsasında həmin qadının azəri əsilli Zoya K. olduğunu və Küçükçekmecedə yaşadığını müəyyənləşdiriblər.

Polis 19 oktyabrda müəyyən edilmiş ünvana basqın edərək 37 yaşlı qadını saxlayıb. İki gün sonra hakim qarşısına çıxan Zoya K. sərbəst buraxılıb.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.