Toyb vaxtı restoran yandı
456 baxış
Hadisə və olaylar
Bakının Nəsimi rayonunda yanğın hadisəsi qeydə alınıb. APA TV xəbər verir ki, hadisə Mircəlal Paşayev küçəsində qeydə alınıb. Millenium şadlıq sarayın toy mərasimi keçirilən zaman mətbəxin tüstü bacası alovlanmağa başlayıb. Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin dörd texnikası və canlı briqadası gəlib. Şadlıq sarayında toy mərasiminin iştiralçıları çölə çıxarılıb. Binanın damına alovun keçməsinin qarşısı alınıb. Yanğın söndürülüb. Şadlıq sarayına elektrik enerjisinin verilişi dayandırılıb. Hazırda araşdırma aparılır.
Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.