AZ
Video yüklə

TOYA HAZIRLAŞAN BƏY ÖLDÜ

2 751 baxış Hadisə və olaylar
Sabirabadda "Mercedes" markalı avtomobilin kanala aşıb. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, Hacıqabul-Bəhrəmtəpə magistralının Sabirabad rayonunun Nizami kəndi ərazisindən keçən hissəsində baş verən qəza nəticəsində sürücü, Beyləqan rayonunun Yeni Mil-qəsəbə sakini, 1995-ci il təvəllüdlü Vəlizadə Elman Mürşüd oğlu və avtomobildə olan sərnişin Ağcabədi rayonunun Xocavənd kənd sakini, 1961-ci il təvəllüdlü Nəsirova Məhbubə Əşrəf qızı suda boğularaq ölüblər. Digər sərnişinlər - Beyləqan rayonunu Yeni Mil qəsəbə sakinləri olan sürücünün atası 1972-ci il təvəllüdlü Vəliyev Mürşüd Elman oğlu, anası 1973-cü il təvəllüdlü Vəliyeva Zülfiyyə Əlağa qızı və sürücünün nişanlısı Ağcabədi rayonunun Xocavənd kənd sakini, 2006-cı il təvəllüdlü Nəsirli Əsmər Bakir qızı yüngül xəsarətlər alıblar. Qeyd edək ki, nişanlı cütlüyün yaxın zamanlarda toyu olacaqdı. Onlar Bakıya gəlinlik donu almaq üçün (bazarılq) gedərkən yolda qəzaya düşüblər. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.