Tovuzda dəhşət: Ölən var
2 082 baxış
Hadisə və olaylar
Tovuzda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. APA TV xəbər verir ki, hadisə rayonun Əsrik Cırdaxan kəndində qeydə alınıb. Belə ki, 55 yaşlı Rüxsarə Xəlilova Əsrik Cırdaxan kənd xətti üzrə çalışan marşrut avtobusundan düşüb yolu keçmək istəyərkən həmkəndlisi Anar Quliyev idarət etdiyi "Mercedes" markalı avtomobillə onu vurub. Ağır xəsarətlət alan piyada xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Faktla bağlı araşdırmalar aparılır.
Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.